Zelenskinin partiyası erməni nazirə əvəzedici axtarır
Zelenskinin partiyası erməni nazirə əvəzedici axtarır
10 Mart 2020 10:41 DünyaUkrayna Daxili İşlər naziri Arsen Avakova əvəzedici axtarılır.
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasının Radadakı fraksiya sədrinin müavini Yevgeni Kravçuk deyib. O, Avakovun hansısa potensial müavininin onu gələcəkdə əvəz edə biləcəyinə əmin olduqdan sonra naziri dəyişəcəklərini söyləyib.
Bununla belə Kravçuk Avakovun hələlik vəzifəsinin öhdəsindən gəldiyini bildirib:
"Situasiyaya realist baxaq. DİN çətin nazirlikdir. Oraya təcrübəsiz adamın təklif edilməsi nəticəsində ikinci şansınızı itirə bilərsiniz. Ona görə ki, bu, insanların təhlükəsizliyi və 300 min şəxsi heyət deməkdir".
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31