Andiçmə mərasimi zamanı terrorçular hücuma keçdi - Prezident görün nə etdi (VİDEO)

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayını hədəfə alan hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Bu barədə qruplaşmaya yaxınlığı ilə bilinən internet səhifəsində belə yazılıb.

Qeyd edək ki, ötən gün yenidən prezident seçilən Əşrəf Qəninin andiçmə mərasimi zamanı sarayın yaxınlığına 3 raket düşüb. Ardınca ərazidə silah səsləri eşidilib. Tələfat barədə məlumat yoxdur. Hadisə zamanı bəzi şəxslər həyəcan yaşayaraq tədbiri tərk edib. Prezident isə soyuqqanlı şəkildə terrorçulara meydan oxuyub. Hadisəyə görə, andiçmə mərasimi nəzərdə tutulduğundan tez başa çatıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31