Fransada koronavirus xəstələrinin sayı 1412 nəfərə çatıb

Fransada koronavirusdan xəstələnənlərin sayı 1412 nəfər təşkil edib, 25 nəfər xəstəliyin qurbanı olub. Bunu ölkənin ümumi sağlamlıq müdirliyinin rəhbəri Jerom Salomon deyib. Ölənlər arasında 15 kişi və 10 qadın var. Ölənlərin əksəriyyəti - 21 nəfər - 70 yaşdan yuxarı olan insanlardır.Daha əvvəl Fransada virusa 1191 nəfər yoluxduğu, qurbanların sayının 21 olduğu bildirilmişdi.Xəstəliyin yayılması səbəbindən martın 8-də Fransa hakimiyyəti mindən çox insanın toplaşdığı tədbirləri qadağan etmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31