Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan istefa verib.

O, işdən çıxdığına dair ərizə yazdığını "Facebook" səhifəsində elan edib.

"23 il ərzində hərbi strukturların birində xidmət etməyi arzulamışam. Silah Qüvvələr sahəsində xidmət edəcəyimə şadam", - deyə o yazıb.

Qeyd edək ki, Arsrun Ovannisyan 2012-ci ilin iyulunda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31