Özündən 11 yaş böyük qadını evlənmə adı ilə aldadıb pulunu ələ keçirdi
6 Mart 2020 17:26 DünyaTürkiyədə kişi özündən 11 yaş böyük qadını evlənmək adı ilə aldadıb, pullarını mənimsəyib.
ATV telekanalında yayımlanan "Mügə Anlı ilə Tatlı Sert" verilişinə müraciət edən Suna Yanganın danışdıqları hər kəsi təəccübləndirib.
Suna Yangan sosial şəbəkədə özündən 11 yaş kiçik Hasan Gündüz ilə tanış olduğunu söyləyib: "Nişanlıma mənə tutuquşu alması üçün 6 min manat (20 min lira) vermişdim. Daha sonra isə toy hazırlığı üçün məndən 30 min manat pul istədi. Mən də pulu ona verdim".
Canlı yayıma zəng edən Hasan Gündüz qadının yalan danışdığını, ondan pul almadığını bildirib.
Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31