Xarici diplomatlar olan vertolyot qəzaya uğradı
Xarici diplomatlar olan vertolyot qəzaya uğradı
6 Mart 2020 17:23 DünyaGöyərtəsində xarici diplomatlar olan hərbi vertolyot Myanmanın şimalında qəzaya uğrayıb. Olaylar.az Day.Az-a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərin olmadığı bildirilir.
Məlumata görə, göyərtəsində azı 15 sərnişin və ekipaj üzvləri olan vertolyot havaya qalxdıqdan bir dəqiqə sonra yerə düşüb. Ekipaj üzvlərinin xəsarət aldığı, ölkədəki səfirliklərin hərbi attaşelərinin isə xəsarət almadıqları qeyd edilir.
Bildirilir ki, diplomatlar fevralın 28-dən martın 3-ə qədər keçirilmiş antinarkotik əməliyyatı çərçivəsində müsadirə edilmiş külli miqdarda xammala baxmaq məqsədilə uçurmuşlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31