Dükanda dondurma yalayan gənc həbs edildi
Dükanda dondurma yalayan gənc həbs edildi
6 Mart 2020 15:52 DünyaABŞ-da 24 yaşlı gəncin sosial şəbəkədə paylaşmaq üçün çəkdiyi video həbsinə səbəb olub.
Adrien Anderson Valmart marketə girərək qabda olan bir dondurmanı götürüb yalayıb, daha sonra isə yerinə qoyub.
24 yaşlı gənc həmin anları videoya çəkərək sosial şəbəkəyə yerləşdirib.
Videonu görən mağaza sahibi bütün dondurmaları yeniləmək məcburiyyətində qalıb.
Daha sonra mağaza sahibi videonu polisə təqdim edərək ona 565 dollar zərər dəydiyini bildirərək gəncdən şikayət ərizəsi verib.
Məhkəmədə Adrien Anderson Valmart və atası həmin dondurmanı aldıqlarını sübuta yetirən qəbzi göstərsələr də, gəncə 565 dollar pul və 1 aylıq azadlıqdan məhrumetmə cəzası kəsilib.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31