Qadın sevgilisi ilə birləşib ərini öldürdü -Türkiyədə dəhşət
Qadın sevgilisi ilə birləşib ərini öldürdü-Türkiyədə dəhşət
6 Mart 2020 15:30 DünyaTürkiyənin Zonquldak şəhərində qadın sevgilisi ilə birləşərək 46 yaşlı həyat yoldaşını öldürüb.
Aişə Bilən sevgilisi Numan Bekarla birlikdə həyat yoldaşı Mevlut Biləni boğaraq öldürüb. Daha sonra isə kişinin meyitini kimsəsiz əraziyə apararaq basdırıblar.
Bir neçə gündən sonra qadın polisə gedərək həyat yoldaşının itkin düşdüyünü bildirib.
Bir ilə yaxın davam edən axtarışdan sonra polislər kişinin həyat yoldaşı və onun sevgilisi tərəfindən öldürüldüyünü müəyyən ediliblər.
Aişə Bilən, sevgilisi Numan Bekar və onların övladları saxlanılıb.
Hakim qarşısına çıxarılan Aişə Bilən ömürlük azadlıqdan məhrum edilib.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31