Mikrofon açıq qaldı Ərdoğanın Lavrova ünvanladığı sualı hərkəs eşitdi- VİDEO

Mikrofon açıq qaldı Ərdoğanın Lavrova ünvanladığı sualı hərkəs eşitdi- VİDEO

Rusiya və Türkiyə prezidentlərinin Moskvada keçirilən görüşündən sonra Rəcəb Tayyib Ərdoğan bu ölkənin Xarici İşlər naziri Sergey Lavrova sual ünvanlayıb.

Dünyanın izlədiyi iclasda mikrofonunun açıq olduğunun fərqinə varmayan Ərdoğan "İndi Əsədlə danışırlar, elə deyilmi?", - deyə Lavrovdan soruşub.

Lavrovun mikrofonu bağlı olduğu üçün verdiyi cavab eşidilməyib.

Qeyd edək ki, Rusiya və Türkiyə başçılarının görüşündə Suriyada atəşkəs barədə razılığa gəlinib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31