Yaponiyaya "qara yağış" yağdı

Yaponiyaya "qara yağış" yağdı

Yaponiyaya "qara yağış" yağıb.

Göydən qara rəngli su damcılarının düşməsi müxtəlif cür izah edilib. Qara yağışın yağmasını havanın çirklənməsi, nüvə radiasiyası və koronavirusla əlaqələndiriblər.

Sora24 yazır ki, yağış, əsasən, Hasuda şəhərinə yağsa da, Yaponiyanın İvatsuki, Aqeo və Kuki bölgələrində də müşahidə edilib.

Sosial şəbəkələrdə mart ayının 2-də yağan yağışın koronavirusdan ölən insan cəsədlərinin yandırılması ilə əlaqəli olduğunu bildirən statuslar paylaşılıb.

Qeyd edək ki, Yaponiyada 364 nəfər koronavirusa yoluxub. Onlardan 6-sı dünyasını dəyişib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31