Baş nazirin olduğu mərasimdə atışma
Əfqanıstanın Kabil şəhərində mücahid lideri Abdulla əli Məzarinin anım gününə həsr edilmiş mərasimdə atışma baş verib.
6 Mart 2020 12:08 DünyaƏfqanıstanın Kabil şəhərində mücahid lideri Abdulla əli Məzarinin anım gününə həsr edilmiş mərasimdə atışma baş verib.
Bu barədə 1TV kanalı məlumat yayıb.
Mərasimdə Əfqanıstan Baş naziri Abdulla Abdulla da olub.
İnsident zamanı baş nazir xəsarət almayıb və o, hadisə yerini tərk edib. Telekanalın məlumatına görə, hazırda güc strukturları ilə hücum edənlər arasında atışma davam edir.
Ölən və yaralananlarla bağlı məlumat verilmir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31