Şvartsenegger rus şirkətindən 10 milyon dollar tələb etdi

Şvartsenegger rus şirkətindən 10 milyon dollar tələb etdi

Amerikalı aktyor Arnold Şvartsenegger onun üzünə oxşar robot yaratdığına görə Rusiyanın "Promobot" şirkətini məhkəməyə verib.

Bu haqda məlumatı TMZ nəşri yayıb.

Ulduzun vəkillərinin sözlərinə görə, şirkətin onun imicindən istifadə etmək hüququ olmayıb. İddiaya görə, şirkət reklamdan və ictimai tədbirlərdən qazanc əldə etdiyinə görə aktyora 10 milyon dollar təzminat ödəməlidir.

Məlumdur ki, sənətçinin 2019-cu ildə Sankt-Peterburqa səfəri zamanı robot onunla birgə şəkil istəyib, amma Arnold bundan imtina edib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31