Terrorçu liderin başına 7 milyon dollar pul mükafatı qoyuldu

ABŞ "Boko Haram" terror təşkilatı lideri Əbubəkr Şekaunun yerini deyənə 7 milyon dollar pul mükafatı verəcəyini açıqlayıb.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin "Tvitter" səhifəsində açıqlama verilib.

Açıqlamada "ABŞ Dövlət Departamenti "Boko Haram" lideri terrorçu Əbubəkr Şekaunun yaxalanmasını təmin edəcək məlumatlar üçün 7 milyon dollar mükafat verəcək", - sözlərinə yer verilib.

Xatırladaq ki, Şekau 2010-cu ildən adıçəkilən terror təşkilatına liderlik edir.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31