Paşinyanın Rusiyaya rəsmi səfəri ləğv edilib

Paşinyanın Rusiyaya rəsmi səfəri ləğv edilib

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasına rəsmi səfəri ləğv olunub. Səfər aprel ayına təyin olunmuşdu, lakin Kremlin təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Erməni tərəfinin aprel ayına planlaşdırılan səfəri həyata keçirmək cəhdləri sərt və soyuq imtina ilə qarşılanıb.

Rusiya prezidenti Vladimir Putin bununla göstərib ki, açıq-aşkar siyasi səbəblərə görə Ermənistan ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işi açılması və Ermənistanın hazırkı hakimiyyətinin Köçəryanın həbs qətimkan tədbirini dəyişmək istəməməsini mənfi qiymətləndirir.


Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31