Öldürülən çeçen bloqqerə 135 bıçaq zərbəsi vurulduğu məlum olub
Öldürülən çeçen bloqqerə 135 bıçaq zərbəsi vurulduğu məlum olub
5 Mart 2020 14:32 DünyaFevralın 1-də Fransada qətlə yetirilən "Qoca Mansur" ləqəbli çeçen bloqqer İmran Əliyev 135 bıçaq zərbəsi ilə öldürülüb.
Bu barədə Lill şəhərinin Prokurorluğu məlumat yayıb. Onun qətlində Çeçenistanda yaşayan Rusiya vətəndaşı şübhəli bilinir.
"Business Insider" agentliyi istintaqla bağlı anonim mənbələrə istinadən, İmran Əliyevin qatilinin Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqəli ola biləcəyini bildirib.
Qeyd edək ki, bloqqer İmran Əliyev Çeçenistan Prezidenti Ramzan Kadırovun ünvanına etdiyi tənqidi çıxışları ilə tanınırdı. Bu səbəbdən bloqqerin qətlinin siyasi motiv daşıdığı ehtimal olunur.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31