Prokurorluq Rusiyalı səfirin qətlində ittiham edilən 5 nəfərin azad edilməsini tələb etdi
Prokurorluq Rusiyalı səfirin qətlində ittiham edilən 5 nəfərin azad edilməsini tələb etdi
5 Mart 2020 13:58 DünyaTürkiyə Prokurorluğu Rusiya səfiri Andrey Karlovun qətlində ittiham edilən beş nəfərə bəraət verilməsini tələb edib.
Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Mənbə bildirir ki, bununla əlaqədar növbəti iclas martın 31-nə təyin edilib.
Qeyd olunduğu kimi, prokurorluq bu işdə qalan 23 təqsirləndiriləni günahkar hesab edir və müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələrini tələb edir.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 19 dekabr 2016-cı ildə Ankarada foto sərgisinin açılışında öldürülüb.
Hücumu tədbirdə səfiri qoruyan Mevlut Altıntaş adlı polis məmuru edib, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31