Korovirus Türkiyədə niyə yayılmır? – Fiziologiya mütəxəssisi açıqladı

Korovirus Türkiyədə niyə yayılmır? – Fiziologiya mütəxəssisi açıqladı

Türkiyədə apardığı araşdırmalar və açıqlamaları  ilə diqqət çəkən Fiziologiya mütəxəssisi Dr. Oytun Erbaş koronavirüsün Türkiyədə yayılmamasından danışıb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, o, koronavirüsün Türkiyədə yayılsa belə ölümcül ola bilməyəcəyini söyləyib.

Erbaşın koronovirusun daha çox Asiya irqinə təsir edəcəyini, türklərin isə daha qarışıq genlərə sahib olduğunu deyib: "Koronavirusun yayıldığı bölgə bu günə qədər Vuhan və ətrafıdır. Çinin bu bölgədə genetik mənşəyi var. Onun üçün Türkiyədə yayılsa belə yüngül keçəcək. Koronavirüs Türkiyəyə də gələ bilər, amma əsla Çindəki kimi epidemiyaya səbəb olmaz. Burada gen fərqi çox vacibdir".

Mütəxəssis maska taxmağın xəstəliyin qarşısını almayacağını, nəm səbəbindən tutulma riskinin daha yüksək olacağını qeyd edib: "Əgər koronavirus Türkiyədə yayılsa, evdən çölə çıxmasınlar. Əlləri tez-tez yumaq çox vacibdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31