Bu markanın çantaları ən gəlirli dəbdəbə aksesuarıdır

Bu markanın çantaları ən gəlirli dəbdəbə aksesuarıdır

Hermès qadın kolleksiya çantaları 2019-cu ildə investisiya baxımından ən gəlirli dəbdəbə aksesuarı seçiliblər.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Knight Frank konsaltinq şirkətinin hesabatında qeyd olunub.

Belə ki, sözügedən markanın çantaları son ildə bütövlükdə 108% bahalaşıblar. Hesabatın müəllifləri bu qiymət artımını "vintaj" əşyaların dəbə düşməsi və ifrat istehsaldan imtinanın trendə çevrilməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, brendin ən bahalı "Kelly" çantası keçən il Christie's auksionunda 241 000 dollara satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31