Rusiyada hərbi hissədə partlayış
Rusiyanın Murmansk vilayətində təlim döyüş sursatının partlaması nəticəsində 5 hərbçi xəsarət alıb.
5 Mart 2020 13:12 DünyaRusiyanın Murmansk vilayətində təlim döyüş sursatının partlaması nəticəsində 5 hərbçi xəsarət alıb.
Bu barədə məlumatı "RİA Novosti" yayıb.
Bildirilib ki, partlayışa səbəb təhlükəsizlik qaydalarının pozulması olub. Məlumata görə, partlayış Murmansk vilayətinin Peçenq rayonundakı hərbi hissələrdən birində təlim-məşq tədbirində baş verib.
Rəsmi mənbələr informasiyanı hələ ki, təsdiqləməyib.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31