İranda bütün idman tədbirləri dayandırıldı
İranda bütün idman tədbirləri dayandırıldı
5 Mart 2020 12:50 Dünyaİranda bütün idman tədbirləri dayandırılıb.
Olaylar.az "Anadolu ajansı"na istinadən bildirir ki, səbəb koronavirus epidemiyasıdır.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31