Virusdan qorxan aparıcı telefonunu sabunla yudu, məsxərəyə qoyuldu – “Televizorunuzu da xlorlayın”

Virusdan qorxan aparıcı telefonunu sabunla yudu, məsxərəyə qoyuldu – “Televizorunuzu da xlorlayın”

Türk müğənnisi və aparıcı Ömür Gedik koronavirusdan qorunmaq üçün mobil telefonunu sabunlayaraq yuyub.

Olaylar.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Koronavirusdan qorxduğum üçün telefonumu yudum, xarab oldu. Təmirini də kifayət qədər pul xərclədim. Virus gəlmədən kefimi pozmağı bacardı".

Paylaşımı oxuyan sosial şəbəkə istifadəçiləri müğənnini məsxərəyə qoyub: "Sabunla yumaq azdır, gərək xlora qoyaydınız." "Telefon azdır, televizorunuzu da xlorlayın". "Son hadisə göstərir ki, koronavirusdan daha ciddi xəstəliklə üz-üzə dayanmışıq", - deyə  izləyicilər münasibət bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31