Parlamentdə dava: Ərdoğan deputatı məhkəməyə verdi

Parlamentdə dava: Ərdoğan deputatı məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu təhqir edən CHP millət vəkilli Engin Özkoçu məhkəməyə verib.

Ərdoğan haqqında təhqiredici ifadələr səsləndirdiyi üçün Engin Özkoça 1 milyon lirəlik (280 min manat) təzminat davası açıb.

Qeyd edək ki, dünən CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib. AKP üzvləri isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Ərdoğanın vəkili Hüseyn Aydın Özkoça qarşı təzminat davasının açılacağını söyləmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31