Almanlar 62,7 milyard saat çalışaraq rekord qırdı
Almanlar 62,7 milyard saat çalışaraq rekord qırdı
4 Mart 2020 18:25 DünyaMəşğulluq Bazarı və Peşə Araşdırmaları İnstitutunun araşdırmasına görə, almanlar ötən il ümumilikdə 62,7 milyard saat çalışaraq 1991-ci ildən bəri ən yüksək göstəriciyə imza atıblar.
İş saatının artmasına səbəb kimi ölkədə məşğulluq sayının 2018-ci illə müqayisədə 0,9 faiz artması göstərilir. Belə ki, ötən il Almaniyada işləyən əhali sayı 45,3 milyona çatıb.
Araşdırmaların nəticələrinə görə, ölkədə tam ştat çalışanlar ötən il 1642, yarımştat çalışanlar isə 771 saat çalışıblar.
qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31