ŞOK: Erməni terrorçuları "Putini öldür" çağırışını etdilər

ŞOK: Erməni terrorçuları "Putini öldür" çağırışını etdilər

"Sasna Çrer" partiyasında leqallaşan erməni terrorçuları Rusiyanın ölkəyə təsirini dayandırmaq haqda çağırış ediblər.

Onların açıqlaması Gümrüdə 102-ci Rusiya bazasının ərazisində İmperator I Nikolaya qoyulan abidə haqqındadır.

"İ Nikolay qanlı diktator olub. Erməni bölgəsini ləğv edib və bununla da erməni dövlətçiliyini bərpa etmək ümidini torpağa basdırıb. Onun büstü, bəlkə də, rus imperializmi ruhunun canlanması və sərt müstəmləkəçilik rejiminin qurulmasına işarə verən bir mesajdır. Rusların general Andranikin Rusiyadakı abidəsini sökmək və Qaregin Njdehin xatirə lövhəsini ləkələmək üçün etdiyi hərəkətlər də buna sübutdur". Açıqlamada belə deyilir.

Onların sözlərinə görə, Paşinyan hökuməti Kremlin açıq müstəmləkə istəkləri fonunda, Putinə qarşı çıxmaq əvəzinə, onu dəstəkləyir.

"Nikol Paşinyan, yarı müstəmləkəçi sistemin inzibatçısı Serj Sarkisyanı devirərək, inqilabdan imtina etdi və əvvəlki sistemin varisi oldu. O, yenə də Kremlin Ermənistanın suverenliyinə etdiyi təcavüzlərə uyğunlaşmır və zaman-zaman onlara xidmət edir. Biz Nikol Paşinyanın passivliyini və Ermənistanın suverenliyinə Putinin etdiyi təcavüzləri qınayırıq" deyən erməni terrorçular Paşinyandan "içərisindəki Putini öldürməsini" tələb ediblər.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31