“Dialoqa hazıram” - Bəşər Əsəddən Ərdoğana şok təklif
“Dialoqa hazıram” - Bəşər Əsəddən Ərdoğana şok təklif
4 Mart 2020 17:58 DünyaSuriya hökuməti rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Bu barədə Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah açıqlama verib.
O, Suriya hökumətinin danışıqlar üçün rəsmi Ankaraya iki təklifinin olduğunu bildirib:
"Birincisi, terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək.
İkincisi, İdlib məsələsini həll edək, PKK/PYD-yə qarşı birgə mübarizə aparaq".
Əbu Abdullah Suriya ordusunun Türkiyəyə qarşı döyüşmədiyini bildirib, terrorizmə qarşı mübarizə apardığını deyib.
Türk mediası onun Suriya Prezdenti Bəşər Əsədin adına açıqlama verdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31