Soylu: "Bunun milyonda birini biz etsəydik…"

Yunanıstan beynəlxalq hüquq normalarını çeynəyərək insan haqlarını pozur. Çünki Avropa yunanları əzizləyir.

Olaylar.az  xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər nazir Süleyman Soylu yunan əsgərlərinin miqrantlara atəş açmasına etiraz bildirərkən deyib.

"Bunların milyonda bir hissəsini Türkiyə eləsəydi, həm Avropa, həm də Avropanın ölkəmizdəki nümayəndələri ayağa qalxmışdı", - nazir bildirib.

Qeyd edək ki, bu gün yunan əsgərlərinin açdığı atəş nəticəsində 1 miqrant ölüb, 5-i isə yaralanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31