Tramp "Taliban" lideri ilə telefonla danışdı
TRAMP “TALİBAN” LİDERİ İLƏ TELEFONLA DANIŞDI
4 Mart 2020 17:25 DünyaABŞ Prezidenti Donald Tramp və "Taliban" hərəkatının liderlərindən olan Qəni Baradar arasında telefon danışığı olub.
Bu barədə Tramp ABŞ Milli Səhiyyə İnstitutlarının koronavirusla bağlı keçirdiyi brifinqdə məlumat verib.
O, telefon görüşməsini "çox yaxşı söhbət" kimi qiymətləndirib: "Onunla çox yaxşı və uzun söhbətimiz oldu və bilirsiniz ki, onlar zorakılığı dayandırmaq istəyirlər".
Xatırladaq ki, fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Qəni Baradar 18 illik müharibəyə son qoyaraq barışıq sazişi imzalamışdı.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31