Gürcüstanda üç italiyalı turist ölüb
Gürcüstanda üç italiyalı turist ölüb
4 Mart 2020 17:09 DünyaGürcüstanın Tetnuldi dağ kurortunda qar uçqunu nəticəsində üç italiyalı turist ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, İtaliyadan olan 10 turistdən ibarət qrup qadağan olunan zonada hərəkət ediblər.
Əcnəbilərin altısı qar uçqununa düşüb və onların yalnız üçünün həyatını xilas etmək mümkün olub. Xilas olunanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31