Yunan polisi türk deputatların olduğu yerə bombalar atdı: ölü və yaralılar var

Yunan polisi türk deputatların olduğu yerə bombalar atdı: ölü və yaralılar var

Yunanıstan polisi Türkiyənin Ədirnə sərhəd məntəqəsindən Avropaya keçməyə çalışan suriyalı miqrantlara odlu silahlarla atəş açıb.

Olaylar.az  xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnsident baş verən zaman Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komitəsinin sədri Hakan Çavuşoğlu ilə 8 millət vəkili həmin ərazidə olub.

Ədirnə Baş Prokurorluğu faktla bağlı cinayət işi açıb. Yunan polisinin miqrantların üzərinə səs, duman, qaz bombaları atdığı, plastik mərmilərdən istifadə etdiyi bildirilir.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisə ilə bağlı verdiyi açıqlamada Yunanıstanı beynəlxalq hüququ pozmaqda və insan haqlarını tapdamaqda ittiham edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31