Misirdə ölkənin ən təhlükəli terrorçusu edam edildi

Misirdə ölkənin ən təhlükəli terrorçusu edam edildi

Misirdə yerli hakimiyyət tərəfindən "ən təhlükəli terrorçu" sayılan "Beit Ansar al-Makdis" terror qruplaşmasının liderlərindən biri Hişam Aşmaui edam edilib.

Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Qeyd olunur ki, Aşmaui ilə yanaşı təşkilatın 37 üzvü də edam edilib.

Əvvəllər Aşmaui Misir ordusunun xüsusi təyinatlılarının üzvü idi, daha sonra terrorçulara qoşulub. O və silahdaşları 54 cinayətdə, o cümlədən polis əməkdaşlarının öldürülməsində, Qahirədəki təhlükəsizlik idarələrinin, məscid və digər binaların partladılmasında, oğurluqda ittiham olunur.

Ən səsli-küylü iş Misirin keçmiş daxili işlər naziri Məhəmməd İbrahimə sui-qəsd cəhdi olub.

Bundan əlavə, məhkumlar "Müsəlman Qardaşlar" qrupu ilə əməkdaşlıq ediblər.

konkret.az

Türkiyədə İŞİD-in cəlladı oğlu ilə birlikdə tutuldu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31