Təcili yardım maşının sürücüsü qısqanclıqdan həkimi öldürdü
Təcili yardım maşının sürücüsü qısqanclıqdan həkimi öldürdü
4 Mart 2020 14:55 DünyaRusiyanın Moskva şəhərində təcili yardım maşınının sürücüsü həkimi öldürüb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, onlar ər-arvad olublar.
Bildirilir ki, həmin şəxslərin oğlu polisə müraciət edərək, atasının evdə anasını döydüyünü deyib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları mənzilin içəridən bağlanan qapısını aça biliblər.
Onlar otaqların birində kardioloq qadını ölü, əri olan sürücünü isə yaralı vəziyyətdə tapıblar.
Kişinin arvadını öldürdükdən sonra intihar etmək istədiyi təxmin edilir. Xəstəxanaya çatdırılan həmin şəxsin həyatını xilas edə biliblər.
Ölüm faktı ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində törədilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31