Paşinyan özünü İsa Məsihlə müqayisə etdi: Xainlər...
4 Mart 2020 13:50 DünyaGürcüstandakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan özüylə İsa Məsih arasında paralellər aparıb.
Paşinyan özünün kadr siyasəti barədə danışarkən səhvdən sığortalanmadığını söyləyib.
"Mən hakimiyyətimizdə, xüsusilə də hüquq-mühafizə orqanlarında olan və bəlkə də olacaq xəyanət və xainlər haqqında danışacağam. Bu mövzu barədə düşünəndə köməyimə Bibliya çatır. Hətta İsa Məsihin seçdiyi kadrlar arasında xainlər olub. Əgər hətta İsa Məsih kadr siyasətini xəyanət olmadan apara bilmirsə, o zaman hansısa baş nazir və ya konkret mənim belə siyasət apara biləcəyimi düşünmək təkəbbürlülük olardı", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31