Komitə Qonçarukun istefasını qəbul etdi
Komitə Qonçarukun istefasını qəbul etdi
4 Mart 2020 13:24 DünyaUkrayna Ali Radasının Dövlət hakimiyyətinin təşkili komitəsi parlamentə Baş Nazir Aleksey Qonçarukun istefasını qəbul etməyi tövsiyə edib.
Bu barədə komitənin sədri Andrey Kloçko məlumat verib.
Komitəyə üzv deputatlardan 23 nəfər qərarın lehinə səs verib, iki nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb.
Ukrayna parlamenti Prezident Vladimir Zelenskinin tələbi ilə sabah fövqəladə iclas keçirəcək. Deputatlar Nazirlər Kabineti ilə bağlı məsələyə baxacaqlar.
Qeyd edək ki, ötən gün Ukraynanın Baş Naziri Aleksey Qonçaruk istefa ərizəsi yazıb. Hakim "Xalqın xidmətçisi" partiyasından bildirilib ki, Nazirlər Kabinetinə Baş Nazirin müavini vəzifəsini tutan Denis Şmıqal rəhbərlik edə bilər.
Ukrayna qanunlarına görə, Baş Nazirin istefası baxılması üçün Ali Radaya təqdim edilməlidir. Onun istefasının qəbuluna 226 səs kifayətdir. Baş Nazirin istefası yeniNazirlər Kabinetinin parlament tərəfindən formalaşdırılmasına qədər hökumətin istefasına səbəb olur.
Azvision.az