Ermənistanda iş adamı axtarışa verildi

Ermənistanda iş adamı axtarışa verildi

Ermənistanda hökumətə qarşı olan tanınmış adamların təqibi davam edir.

İş adamı Samvel Mayrapetyan barəsində axtarış elan olunub.

Ermənistan Xüsusi İstintaq Xidməti bildirib ki, onun barəsində həbs qətimkan tədbiri seçilib. S.Mayrapetyan rüşvətxorluqda vasitəçilik etməkdə ittiham olunur.

Qeyd edək ki, S.Mayrapetyan 1959-cu ildə Ermənistanın Geğarkunik vilayətinin Qavar (Kəvər) şəhərində anadan olub. O, Ermənistan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 1996-1997-cı ildə Ermənistan Mədəniyyət Nazirliyi Adminstrasiyasının rəhbəri işləyib. 1997-2000-ci illərdə "Paradiz" reklam agentliyinin direktoru olub.

2000-ci ildə "Prometevs" telekanalının direktoru təyin edilib. "İkinci Erməni kanalı" televiziyasının sədridir. 

report.az

Erməni general Aprel savaşına görə sorğuya çağırıldı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31