Bütün dünyada çimərliklər yoxa çıxa bilər – PROQNOZ

Bütün dünyada çimərliklər yoxa çıxa bilər – PROQNOZ

İqlim dəyişikliyi səbəbindən 2100-cü il üçün Yer üzərində mövcud olan çimərliklərin sayı kəskin azala bilər. Avropa Komissiyasının Birləşmiş Tədqiqat Mərkəzinin tədqiqatçıları belə qənaətə gəliblər.

Alimlərin fikrincə, hətta çirklənmələrin qarşısı alınsa belə, çimərliklərin sayının yarıbayarı azalması gözlənilir ki, bu da öz növbəsində turizmə böyük ziyan vuracaq.

Tədqiqatların nəticələrinə görə, daha çox Avstraliya ziyan görəcək. Növbəti 60 ildə ölkənin 15 min kilometr çimərlik sahillərini itirəcəyi proqnozlaşdırılır. Eləcə də Kanada, Çili, ABŞ, Meksika, Çin, Rusiya, Argentina, Hindistan və Braziliya sahillərinin də itəcəyi qeyd edilir.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31