İndoneziyada vulkan püskürdü
3 Mart 2020 17:54 Dünyaİndoneziyanın Java əyalətindəki Merapi vulkanı püskürüb.
İndoneziyanın Cokyakarta şəhərində yerləşən Merapi vulkanında yerli vaxtla saat 5:22-də püskürmə baş verib.
Hadisə nəticəsində püskürən kül və tüstünün kraterdən 6 min metr yüksəkliyə qalxdığı bildirilir. Vulkanda püskürmə səbəbindən Boyolalı bölgəsinin bəzi yaşayış məntəqələrini kül bürüyüb. Turistlərə və yerli sakinlərə vulkan ərazisinə 3 kilometrdən yaxın dayanmamaq barədə xəbərdarlıq olunub.
Qeyd edək ki, "Sakit okean halqası" seysmik zonasında yerləşən İndoneziya ərazisində 130-dan çox aktiv vulkan mövcuddur.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31