Çarukyan: "Borclular artır, hamı gecəni arzulayır ki..."

Ermənistanda sadə vətəndaşların həyat səviyyəsində öz əksini tapmayan iqtisadi artımın qeydə alındığı bildirilir.

Bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan deyib.

"Ermənistan iqtisadiyyatını hansısa şayiələr əsasında qiymətləndirmirəm. Əlim daim nəbzdədir. Demişəm və təkrar edirəm: hazırkı proqramla hökumət iqtisadi inqilaba çata bilməyəcək.

İqtisadi inqilab edilməzdən əvvəl Ermənistanda 1,5 milyon borclanan şəxs var idi. İqtisadi inqilab onların sayını 1,2 milyon endirməli idi, amma bu, 1,65 milyon nəfərə qədər artdı. Bu gün insanlar qaranlığın düşməsini arzu edirlər və problemlərdən qaçmaq üçün səhərin açılmasını istəmirlər. İqtisadi artım insanların həyat səviyyəsində əksini tapmayıb, onların kreditləri qapadılmayıb. Bunun üçün sağlamlaşdırma proqramı lazımdır", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31