“Bahar qalxanı” əməliyyatı çərçivəsində rejimə məxsus qırıcı təyyarə məhv edildi
“Bahar qalxanı” əməliyyatı çərçivəsində rejimə məxsus qırıcı təyyarə məhv edildi
3 Mart 2020 16:59 Dünya"Bahar qalxanı" əməliyyatı çərçivəsində Suriya rejiminə məxsus qırıcı təyyarə məhv edilib.
Olaylar.az bildirir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, uğurla davam edən "Bahar qalxanı" əməliyyatı çərçivəsində rejimə məxsus "L-39" qırıcı təyyarəsi vurulub və 24 saat ərzində 327 rejim əsgəri zərərsizləşdirilib.
Məlumatda bildirilir ki, "Bahar qalxanı" əməliyyatı gecə boyu müvəffəqiyyətlə həyata keçirilib. Son 24 saat ərzində 1 təyyarə, 1 pilotsuz uçuş aparatı, 6 tank, 5 reaktiv yayılım atəş sistemi, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli döyüş texnikası, 5 pikap, 6 hərbi maşın və 1 silah-sursat anbarı məhv edilib, 327 rejim əsgəri zərərsizləşdirilib.