Merkel, Macron, Ərdoğan və Putinin görüşəcəyi tarix açıqlandı

Merkel, Macron, Ərdoğan və Putinin görüşəcəyi tarix açıqlandı

Almaniyada hakim koalisiyadan olan deputat Mixael Qrosse-Bremer, Suriyadakı vəziyyətlə əlaqədar Almaniya, Rusiya, Türkiyə və Fransa liderlərinin təklif olunan görüşünün tarixini açıqlayıb. Deputat Berlində bir qrup jurnalistə kansler Merkel, prezidentlər Ərdoğan, Makron və Putin arasında görüşün gələn cümə günü baş tuta biləcəyini söyləyib.

Xatırladırıq ki, bundan əvvəl Merkel Ərdoğanı qaçqınlardan siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı. Kansler, Türk liderinin "Avropa Birliyindən daha çox şey gözlədiyini" anladığını bildirib. "İnterfaks" xəbər verir ki, Almaniya rəhbəri problemin qaçqınların çiyninə yüklənməsinin yolverilməz olduğunu qeyd edib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31