Qorxunc gəlişmə: “Rusiya türk ordusunu saxlaya bilməyəcək” – Dəməşqə hücum
3 Mart 2020 16:24 Dünya"Ankara Suriyaya hərbi hücumla bağlı son qərarı verərsə, Dəməşqə çatmaq üçün kifayət qədər gücə sahib olacaq".
Bunu rusiyalı hərbi ekspert Konstantin Sivakov deyib.
O, hazırda İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 40 min hərbçisinin, o cümlədən müttəfiqi Azad Suriya Ordusunun 20 min canlı qüvvəsinin olduğunu bildirib.
Sivakov hücum vəziyyətində Türkiyənin qüvvələrinin sayını artırmaq gücündə olduğunu qeyd edib:
"Prinsipcə, münaqişə kəskin mərhələyə keçərsə, nə suriyalılar, nə də ruslar Əsəd qüvvələrini dəstəkləsələr belə, türk ordusunun qarşısına keçməyəcəklər. Bu vəziyyətdə rusların bazalarla əlaqələri kəsiləcək, uzun müddət döyüş hazırlığını təmin edə bilməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31