Rusiya Ermənistanda görün, kimə büst qoydu...

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazasının ərazisində Rusiya çarı I Nikolayın büstü qoyulub.

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazasının ərazisində Rusiya çarı I Nikolayın büstü qoyulub.

Bu məlumatı Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi yayıb. Məlumata görə, bu büstün açılmasında məqsəd rus xalqının hərbi vətənpərvərlik ruhunu oyatmaqdır.

Qeyd edək ki, Gümrü şəhəri Rusiya tərəfindən 1804-cü ildə işğal edilib. 1834-cü ildən isə burada de-yure Rusiya bazası yerləşir.

I Nikolayın dönəmində Rusiya Osmanlı İmperiyasına qarşı demək olar ki, bütün cəbhələrdə aktiv fəaliyyət aparıb. Xüsusilə bu dönəmdə Balkan yarımadası, Qafqaz və Qara dənizdən Osmanlının sıxışdırılıb çıxarılması məsələlərinə önəmli yer verilib. Məhz buna görə I Nikolayın xarici siyasətində sonradan Osmanlı imperiyasının çöküşü və parçalanmasına gətirib çıxaracaq Şərq məsələsi önəmli yer tutub. Bunun sayəsində Yunanıstan Osmanlıdan ayrılaraq müstəqil olub, Serbiyaya isə geniş muxtariyyət verilib.

I Nikolayın dönəmində Azərbaycan ərazisinin iki yerə bölünməsinə gətirib çıxaran Türkmənçay müqaviləsi imzalanıb.

Bununla belə I Nikolayın hər cür reformlara mane olması sonda ölkənin geriliyinə gətirib çıxarıb. Bu da öz nəticəsini 1853-1856-cı illərdə baş tutan Krım savaşında Rusiyanın məğlubiyyətində göstərib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31