İlbər Ortaylının “Bir ömür nasıl yaşanır?” kitabından məsləhətlər
İlbər Ortaylının “Bir ömür nasıl yaşanır?” kitabından məsləhətlər
3 Mart 2020 14:53 DünyaÖlkəmizdə də yetərincə sevilən və tanınan türkiyəli tarixçi, professor İlbər Ortaylının son kitabı "Bir ömür nasıl yaşanır?"da verdiyi məsləhətlərə qısa nəzər yetirək:
Dövrümüzdə pis hadisələr baş versə də, özünüzü xoşbəxt etməyi bilin və şən olmağa çalışın. Dünyaya necə baxsanız, elə də yaşayacaqsınız. Bütün bunları edərkən öyrənməyi və idarəli yaşamağı unutmayın.
Özünüzü inkişaf etdirmək istəyirsinizsə, heç bilmədiyiniz sahə ilə də maraqlanın, musiqidən də anlayın, rəqs də edin. Millətin dərdini dərd edin. Bir insanın bitdiyi an, miskinliyə əsir olduğu andır, rahatlığından imtina etməyi nəzərə almalıdır.
Gördüyünüz iş sıxıcı da olsa, onu səbrli bitirin. O işi sevsəniz, həyatda uğura gedən yolları daha asan açmış olacaqsınız.
Eyni dünya görüşünə sahib olan biri ilə dost olmaq məcburiyyətində deyilsiniz. Qarşılıqlı görüşlərdən faydalanmaq və dost olmağın fərqli şeylər olduğunu unutmayın.
İstədiyiniz yerə çatmaq üçün insanların sizi əzməsini gözləməyin. Yaxşı insanları tapmaq üçün səy göstərin. Nəticədə heç kim gəlib məni kəşf etmədi, heç kimin gələcək halı yox idi.