Ata narkoman qızını vəhşicəsinə öldürdü - FOTOLAR

Avstraliyanın Adelaide bölgəsində ata qızını 8 dəfə bıçaqlayaraq qətlə yetirib.

Avstraliyanın Adelaide bölgəsində ata qızını 8 dəfə bıçaqlayaraq qətlə yetirib.

49 yaşlı ata 20 yaşlı qızını maşında 8 dəfə bıçaqlayaraq öldürüb.

İddiaya görə, ata qızının həyat tərzini bəyənmədiyi üçün onu qorxutmaq istəyib. Narkotik istifadəçisi olan qızının yanına bıçaqla gedən ata mübahisə zamanı onu qətlə yetirib.

Hadisədən sonra cinayətin qorxunc tərəfləri ortaya çıxıb. Ata 8 bıçaq zərbəsi ilə Sabrinanı öldürdükdən sonra 1 saata yaxın maşınla gəzinti edib.

Polislər tərəfindən saxlanılandan sonra maşında cinayət olduğu ortaya çıxıb. Cani ata ifadəsində qızının narkotik istifadəçisi olduğu üçün qorxutmaq istədiyini, öldürmək kimi bir niyyətinin olmadığını deyib.

Araşdırmalar zamanı cinayətkar Petrit Lekajın elə özünün narkotik səbəbindən bir neçə dəfə həbsə düşdüyü məlum olub.

AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31