Türkiyədə dəhşət- 16 yaşlı qız intihar etdi
Türkiyənin Sakarya bölgəsində yaşayan 16 yaşlı gənc qız evdə heç kim olmadığı vaxt silahdan atəş açaraq həyatına son qoyub.
3 Mart 2020 14:16 Dünya16 yaşlı qız silahı başına dayadı və intihar etdi.
Türkiyənin Sakarya bölgəsində yaşayan 16 yaşlı gənc qız evdə heç kim olmadığı vaxt silahdan atəş açaraq həyatına son qoyub.
İnsident Sakaryanın Söyütlü məhəlləsində meydana gəlib.
N.T. evdə heç kim olmadığı zaman başına dayadığı silahdan atəşə açıb. Silah səsini eşidən qonşular evə girərək gənc qızın qan içində olduğunu görüblər və dərhal təcilli tibbi yardıma xəbər veriblər.
Hadisə yerinə gələn təcilli tibbi yardım, N.T-nin öldüyünü müəyyən edib. Aparılan araşdırmalardan sonra N.T.-nin meyiti məhkəmə tibbi-ekspertiza üçün üçün morqa aparılıb. Polis hadisə ilə əlaqədar istintaq başladıb.
Sonxeber.az