Şəhidin 8 aylıq hamilə həyat yoldaşı hər kəsi göz yaşına boğdu - FOTO

Şəhidin 8 aylıq hamilə həyat yoldaşı hər kəsi göz yaşına boğdu - FOTO

Fevralın 28-də Suriyanın İdlib şəhərində hücum nəticəsində şəhid olan komandir Şükrü Elibolun 8 aylıq hamilə həyat yoldaşının sosial şəbəkədəki paylaşımı hər kəsi gözyaşına boğub.

Özləm Elibol sosial şəbəkədəki şəxsi səhifəsində 2 il öncə ailə qurduğu həyat yoldaşı ilə bağlı kədərli paylaşım edib.

Belə ki, şəhid həyat yoldaşının dəfn mərasiminin və məzarının şəkillərini paylaşaraq ona qarşı olan hisslərini yazıb: "Canım sevgilim, sənin tərtəmiz ürəyin və mənə sevgi ilə baxan gözlərin vardı. Allah bizi o qədər çox sevir ki, dini bayram gecəmizdə səni şəhidlik zirvəsinə, məni isə şəhid həyat yoldaşı olmaq zirvəsinə ucaltdı. Əmanətinə həm ana, həm də ata olacağam. Övladımız üçün güclü olacağam. Sən hər zaman bizimləsən".

Şəhidin 8 aylıq hamilə həyat yoldaşı hər kəsi göz yaşına boğdu - FOTO

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31