"Məndən çılpaq şəkillərimi istəyirdilər"- Adnan Oktarın "kediciyi" DANIŞDI

"Məndən çılpaq şəkillərimi istəyirdilər"- Adnan Oktarın "kediciyi" DANIŞDI

Türkiyədə Adnan Oktarın rəhbərlik etdiyi dəstənin üzvü olan və şərti azadlıqdan məhrum edilən Ç.Ç məhkəmədə verdiyi ifadəsi ilə hər kəsi şoka salıb.

Ç.Ç ifadəsində Adnan Oktarın istifadə etdiyi studiyada onun adamları tərəfindən təcavüzə uğradığını söyləyib: "Mənə təcavüz edilən zaman Adnan Oktar içəri girdi. Adamları Adnan Oktara baxaraq mənə təcavüz etməyə davam etdilər. Adnan Oktar mənə "canımın içi", "çox gözəlsən" deyərək otaqdan çıxdı".

Bundan əlavə Ç.Ç 15 yaşında olarkən kursa getdiyi dövrdə hazırda həbsdə olan Bora Yıldızla tanış olduğunu söyləyib: 
"O, mənə reklam agentliyinin olduğunu və məndən yaxşı aparıcı çıxacağını söylədi. Mən də o dövrdə aparıcı olmaq istəyirdim. Bora Yıldızla görüşməyə başladım. Bir müddətdən sonra sevgili olduq. Yıldız Adnan Oktara "baba" və "böyük qardaş" deyə müraciət edirdi. Arada bir məni də Adnan Oktarın studiyasına aparırdı. Adnan Oktar məni görəndə "sən çox gözəl qızsan" dedi. Bora Yıldız da tez-tez ona "necə qız tapmışam" deyə suallar verirdi. Adnan Oktar da ona "çox gözəl qızdır, nə vaxt evlənəcəksiniz" sualını verdi. Daha sonra Aktar Oktar mənə xoş sözlər deməyə başladı. Mənə iri, uzun və incə belə sahib olduğumu dedi. Bora Yıldızla nə qədər tez evlənsəm o qədər yaxşı olacağını vurğuladı. O zaman mənim 17 yaşım var idi. Bir müddətdən sonra yenidən studiyaya gedən zaman orada iki kişi mənə təcavüz etdi. Mənə təcavüz edilən zaman Adnan Oktar da orada idi. Mənə təcavüz edənlərdən biri E.K idi. Onunla saxta nikaha girdim. Nikahdan sonra studiyada yatıb-qalxdım. Məndən tez-tez çılpaq şəkillərimi istəyirdilər. O şəkilləri Adnan Oktar öz adamlarına göndərirdi ".

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31