Qarabağın “xin rəhbəri”nin Rusiyaya girişi qadağan edildi

Qarabağın “xin rəhbəri”nin Rusiyaya girişi qadağan edildi

Rusiya hakimiyyəti qondarma Qarabağ rejiminin "xarici işlər naziri" Masis Mailyanın və keçmiş "müdafiə naziri" Samvel Babayanın Rusiyaya girişini 5 il müddətinə məhdudlaşdırmaq barədə qərar qəbul edib.

Bu məlumatı "Qraparak" qəzeti yayıb. Bununla bağlı Rusiya tərəfindən siyasi və hüquqi əsasların göstərildiyi bildirilib.

Qeyd edək ki, Mailyan hələlik Paşinyanın Qarabağdakı "prezident seçkisində" əsas namizədi sayılır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31