Rusiyada 40-dan çox terrorçu lider tutulub
Rusiyada 40-dan çox terrorçu lider tutulub
3 Mart 2020 14:01 DünyaÖtən il Rusiyada 40-dan çox terrorçu lider, 241 sıravi yaraqlı və onların 606 tərəfdarı tutulub.
Bu barədə Rusiyanın Milli Antiterror Komitəsinin aparat rəhbərinin birinci müavini İqor Kulyaqin deyib.
Onun sözlərinə görə, antiterror əməliyyatları və operativ-döyüş əməliyyatları zamanı terror qruplaşmalarının 9 lideri daxil olmaqla 32 nəfər zərərsizləşdirilib. Həmin qruplaşmaların 41 lideri, 241 yaraqlı və 606 tərəfdarı tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31