Can Yaman fanatına şiddət göstərməkdə ittiham edilir
Can Yaman fanatına şiddət göstərməkdə ittiham edilir
3 Mart 2020 13:30 DünyaTürkiyəli aktyor Can Yaman haqda şok iddia irəli sürülüb.
Olaylar.az xəbər verir ki, ötən həftələrdə 22 oktyabr günü İstanbulda gecə klublarından birinə gəlib. Onunla eyni məkanda olan Çiğdem Gökaşan isimli gənc qadın Yamanı görüb və şəkil çəkdirmək istəyib.
Fanatı ilə foto çəkdirən Can qızın onu qucaqlamasından narahatlıq keçirib və pərəstişkarının əlini çiynindən ataraq özündən uzaqlaşdırıb.
Əyləşdiyi masaya tərəf geri qayıdan Çiğdem bu dəfə əylənərkən video çəkməyə başlayıb. İddiaya görə Can Yaman fanatının onu çəkdiyini zənn edib və bu barədə mühafizəçilərə xəbər verib. Daha sonra iki mühafizəçi qadının masasına yaxınlaşaraq onun və dostlarının məkandan çıxmasını tələb edib.
Ç.Gökaşan isə C.Yamana yaxınlaşaraq "Sizi biz məşhur etdik. Amma indi bizi qovdurursan" sözlərini söyləyib. Aktyor isə onun qolunu burub. Hadisədən sonra qadın C.Yamanla bağlı polis şöbəsinə müraciət edib.
Axşam.az