Ərdoğanın görüşdüyü “İnstagram” fenomeninin anası həbs edildi — Rüşvətə görə
3 Mart 2020 13:07 Dünya"İnstagram"da böyük ölçülü yeməklər hazırlayaraq, məşhurlaşan aşpaz Burak Özdemirin anası həbs edilib.
Onun anası Didem Bozbura çalışdığı "İstanbul Çapa Tıp Fakültəsi" xəstəxanasında rüşvət aldığı iddia olunaraq saxlanılıb. Ondan başqa xəstəxanın daha 3 nəfər tibb heyəti də istintaqa cəlb olunub.
Burakın anası üçün prokuror vəzifə səlahiyyətlərindən sui - istifadə maddəsini rəhbər tutaraq 3 il 9 ay həbs istəyib.
İstintaq davam edir, yaxın günlərdə məhkəmə 3 həkim barədə qərar verəcək.

Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31